Azərbaycan dilindən sınaq testi

00:00
1) Hansı cümlədə qeyri-müəyyən əvəzlik təsirlik hal şəkilçisi qəbul edib?
2) Hansı sıradakı bütün sözlər eyniköklüdür?
3) "Tədbirə ondan başqa heç kəs getməyəcək." cümləsində qoşmanın sinonimi hansıdır?
4) Zərf+feil sxeminə uyğun gələn variant hansıdır?
5) Mürəkkəb cümləni müəyyənləşdirin:
6) Mətnin ilk cümləsinin məzmununa əsasən düzgün ardıcıllığı müəyyənləşdirin.
Ümumi rəyə görə, bibərə acılıq verən onun içərisindəki balaca toxumlardır. (1) Həmin rəngsiz və iysiz maddənin ən sıx konsentrasiyası məhz membranların yumşaq toxumlarında olur. (2) Hətta aşpazların da əksəriyyəti təəcüblənəcək, amma bibərin ən çox "yandıran" hissəsi toxumları yox, onların yerləşdiyi arakəsmələrdir (membranlardır). (3) Bibərə acılıq gətirən kapsaisin adlanan maddəyə təbiətdə yalnız bu bitkinin tərkibində rast gəlinir.
7) Mətn daxilində altından xətt çəkilmiş sözə əsasən aşağıdakı fikirlərə uyğun düzgün variantı seçin:
  • Omonimlik xüsusiyyəti var;
  • Mətndəki mənasından fərqli mənada işlənmişdir.
    Molla bir gün tanışlarından birinin evinə qonaq gedir. Xörək olmadığına görə ev sahibi Mollanın qabağına təzə yağ ilə bal qoyur. Yağı yeyub qurtarırlar. Molla yavaşca balı qabağına çəkib çörəksiz-filansız barmağı ilə yeməyə başlayır. Bunu görən ev sahibi deyir: - Molla, balı elə yavan yemə. Ürəyini yandırar. Molla deyir: - Kimin ürəyini yandırdığını Allah bilir
8) Doğru yazılmış mürəkkəb adı müəyyənləşdirin.
9) Hansı sıradakı bütün düzəltmə sözlərin kökü feildir?
10) Kök, iki leksik və bir qrammatik şəkilçidən ibarət söz hansı variantdadır?
11) Hansı cümlədə say ismin sualına cavab verir?
12) Hansı sözə qoşulan cəm şəkilçisi yazıldığı kimi tələffüz olunur?
13) Hansı sıradakı bütün sözlər sətirdən-sətrə keçirilə bilməz?
14) Hansı variantda cümlənin düzgün sintaktik təhlili təqdim olunmuşdur?
"Mən Kürün bu qədər vahiməli olduğunu görməmişdim." (Zahid Xəlil)
15) Hansı variantdakı sözlərin hər ikisinə saitlə başlayan şəkilçi artırdıqda, sözün son samiti olduğu kimi qalır?
16) "Onun arzusu gələcəkdə böyük bir at ferması sahibi olmaq idi." cümləsində hansı cümlə üzvləri söz birləşməsi ilə ifadə olunmuşdur?
17) "Açıq səma" söz birləşməsinin asılı tərəfi ilə bağlı hansı fikir doğrudur?
18) "Uzaqlaşdılar" feili haqqında yazılan hansı fikir yanlışdır?
19) Yalnız başlanğıc forması təqdim olunmuş sözü müəyyənləşdirin.
20) Hansı cümlədə işarələnmiş söz köməkçi nitq hissəsidir?
  1. Topladığı sarı çiçəkləri güldana qoydu.
  2. Onlar sübh tezdən meşəyə sarı yollandılar.
  3. Evdə tək qalan uşaqların gözünə yuxu getmirdi.
  4. Ana bilirdi ki, tək vətən sevgisi əsgər balasına güc verəcək.
21) Sinif otağı işıqlı və geniş idi. cümləsində altından xətt çəkilmiş söz ismin hansı halındadır?
22) Yaxınmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər hansıdır?
23) verilmiş sözlərin sinonimini müəyyən edin:
güclü-... , incə- ... , lovğa- ... .
24) Hansı sıra yalnız açıq saitli sözlərdən ibarətdir?
25) Mətnə əsasən hansı hökmə yanlışdır?
Laqari Həsən Çələbi 1633-cü ildə özünün düzəltdiyi cihazla uçuş həyata keçirib. Bu zaman barıtdan istifadə edilib. Bu, ilk pilotlu raket və süni mühərrikli cihaz hesab edilir. Bu uçuş Sultan IV Muradın qızının ad günü bayram edilərkən həyata keçirilib. Çoxlu sayda insanın gözü önündə Laqari fitili yandırıb və aparat göyə yüksəlib. Uçuş təxminən 20 saniyə çəkib. Ən yüksək hündürlük 300 metr olub. Raketi hərəkətə gətirən barıt qurtardıqdan sonra Laqari bədəninə birləşdirdiyi qanadların köməyi ilə yerə enib. Sultan ona pul mükafatı və yüksək rütbə verib.

Комментарии

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *