Riyaziyyatdan sınaq testi

00:00
1) 24 şardan 7-si qara, 8-i ağ, qalanları sarıdır. Sarı şarın çıxma ehtimalı nə qədərdir?
2) (A+B)-36=28 olarsa, (A+B)x 29=?
3) Nənənin 84, bacının 8, qardaşın 6 yaşı var. Neçə ildən sonra nənənin yaşı bacı və qardaşın yaşları cəminin 4 qatına bərabər olacaq?
4) Hansı fikir doğrudur?
5) A-355<1230 olarsa, A-nın ala biləcəyi ən böyük natural qiymətin rəqəmləri cəmini tapın.
6) 24km 12m - 32m =?
7) Katerin sürəti 18km/saatdır. Kater axın ilə 4 saata 84 km yol gedibsə, çayın axma sürəti neçə km/saat olar?
8) a+514<2039 bərabərsizliyində a-nın yerinə yazıla biləcək ən böyük natural qiymət neçədir?
9) Piyada yolun 3/7 hissəsini və 4 km getdikdən sonra yolun yarısına çatdı. Yolun ümumi uzunluğunun rəqəmləri cəmini tapın.
10) A və B məntəqələrindən eyni vaxtda qarşı-qarşıya yola düşən avtomobillərdən birinin sürəti 10 sm/saat, digərinin sürəti 9km/saatdır. 3 saatdan sonra onlar arasındakı məsafə 18 km olarsa, yolun uzunluğu neçə km olar?
11) Birinin sahəsi 25sm2 olan 5 kvadratı yan-yana düzdülər. Alınan düzbucaqlının perimetrinin 1/4 hissəsi neçə sm-dir?
12) Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 2sm-dir. Bu kvadratın perimetri neçə sm-dir?
13) Bir boru 4 saatda hovuza 380 l su vurur. İkinci boru 3 saatda 240 l su boşaldır. Hər iki boru eyni vaxtda işə düşsə hovuz 12 saata dolar. Hovuz neçə l su tutur?
14) Kater göldə 3 saata 72 km yol getdi. Çayın axma sürəti 3 km/saat olarsa, katerin çayın axını ilə 4 saata getdiyi yolu tapın.
15) Kvadratın sahəsi 64sm2 olarsa, bu kvadratın daxilinə çəkilmiş çevrənin radiusu neçə sm olar?
16) Ata ilə oğulun yaşlarının fərqi 25-ə bərabərdir. 7 il sonra ata ilə oğulun yaşlarının cəmi 47 olarsa, atanın indiki yaşının rəqəmləri cəmini tapın.
17) Yolçu yolun 5/6 1 saata gedib. O, qalan yolu neçə dəqiqəyə gedər?
18) Bacının pulu qardaşın pulundan 8 dəfə çoxdur. Bacı öz pulundan 60 manat qardaşına verdikdən sonra onun pulu qardaşının pulundan 6 dəfə çox olar. Bacının əvvəlcə nə qədər pulu var idi?
19) Perimetri 24 sm olan 6 eyni bərabərtərəfli üçbucaqdan ibarət olan aşağıdakı fiqurun perimetri neçə sm-dir?
20) Üçbucağın birinci bucağı 26°, ikinci bucağı düz bucağın 2/3 hissəsi qədərdir. Üçüncü bucağı tapın.
21) 90 minliklə 31 onluğun cəmini tapın.
22) İmtahanda 1 şagird 600 bal, 3 şagird 400 bal, 2 şagird isə 450 bal toplayıbsa, bu şagirdlərin ümumi orta balı neçədir?
23) Perimetri 48 sm olan kvadratın bir tərəfi üzərində çəkilmiş bütün tərəfləri bərabər olan beşbucaqlının perimetri neçə sm-dir?
24) Sinifdə 26 şagird var. Bu şagirdlərdən 18-i ingilis dilini, 16-sı alman dilini bilir. Sinifdə yalnız alman dilini bilən neçə nəfərdir?
25) Saat 7:00-da işə gedən ana 14:35-də evə qayıdır. O, getməyə 25 dəqiqə vaxt sərf etmişdir. Eyni sürətlə qayıdan ana işdə nə qədər müddət olub?

Комментарии

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *