Riyaziyyatdan sınaq testi

00:00
1) Nənənin 84, bacının 8, qardaşın 6 yaşı var. Neçə ildən sonra nənənin yaşı bacı və qardaşın yaşları cəminin 4 qatına bərabər olacaq?
2) Bir boru 4 saatda hovuza 380 l su vurur. İkinci boru 3 saatda 240 l su boşaldır. Hər iki boru eyni vaxtda işə düşsə hovuz 12 saata dolar. Hovuz neçə l su tutur?
3) 24km 12m - 32m =?
4) Katerin sürəti 18km/saatdır. Kater axın ilə 4 saata 84 km yol gedibsə, çayın axma sürəti neçə km/saat olar?
5) Birinin sahəsi 25sm2 olan 5 kvadratı yan-yana düzdülər. Alınan düzbucaqlının perimetrinin 1/4 hissəsi neçə sm-dir?
6) Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 2sm-dir. Bu kvadratın perimetri neçə sm-dir?
7) Perimetri 24 sm olan 6 eyni bərabərtərəfli üçbucaqdan ibarət olan aşağıdakı fiqurun perimetri neçə sm-dir?
8) Saat 7:00-da işə gedən ana 14:35-də evə qayıdır. O, getməyə 25 dəqiqə vaxt sərf etmişdir. Eyni sürətlə qayıdan ana işdə nə qədər müddət olub?
9) Ata ilə oğulun yaşlarının fərqi 25-ə bərabərdir. 7 il sonra ata ilə oğulun yaşlarının cəmi 47 olarsa, atanın indiki yaşının rəqəmləri cəmini tapın.
10) a+514<2039 bərabərsizliyində a-nın yerinə yazıla biləcək ən böyük natural qiymət neçədir?
11) Piyada yolun 3/7 hissəsini və 4 km getdikdən sonra yolun yarısına çatdı. Yolun ümumi uzunluğunun rəqəmləri cəmini tapın.
12) Hansı fikir doğrudur?
13) (A+B)-36=28 olarsa, (A+B)x 29=?
14) A və B məntəqələrindən eyni vaxtda qarşı-qarşıya yola düşən avtomobillərdən birinin sürəti 10 sm/saat, digərinin sürəti 9km/saatdır. 3 saatdan sonra onlar arasındakı məsafə 18 km olarsa, yolun uzunluğu neçə km olar?
15) 24 şardan 7-si qara, 8-i ağ, qalanları sarıdır. Sarı şarın çıxma ehtimalı nə qədərdir?
16) Perimetri 48 sm olan kvadratın bir tərəfi üzərində çəkilmiş bütün tərəfləri bərabər olan beşbucaqlının perimetri neçə sm-dir?
17) Üçbucağın birinci bucağı 26°, ikinci bucağı düz bucağın 2/3 hissəsi qədərdir. Üçüncü bucağı tapın.
18) Yolçu yolun 5/6 1 saata gedib. O, qalan yolu neçə dəqiqəyə gedər?
19) A-355<1230 olarsa, A-nın ala biləcəyi ən böyük natural qiymətin rəqəmləri cəmini tapın.
20) İmtahanda 1 şagird 600 bal, 3 şagird 400 bal, 2 şagird isə 450 bal toplayıbsa, bu şagirdlərin ümumi orta balı neçədir?
21) 90 minliklə 31 onluğun cəmini tapın.
22) Kater göldə 3 saata 72 km yol getdi. Çayın axma sürəti 3 km/saat olarsa, katerin çayın axını ilə 4 saata getdiyi yolu tapın.
23) Sinifdə 26 şagird var. Bu şagirdlərdən 18-i ingilis dilini, 16-sı alman dilini bilir. Sinifdə yalnız alman dilini bilən neçə nəfərdir?
24) Bacının pulu qardaşın pulundan 8 dəfə çoxdur. Bacı öz pulundan 60 manat qardaşına verdikdən sonra onun pulu qardaşının pulundan 6 dəfə çox olar. Bacının əvvəlcə nə qədər pulu var idi?
25) Kvadratın sahəsi 64sm2 olarsa, bu kvadratın daxilinə çəkilmiş çevrənin radiusu neçə sm olar?

Комментарии

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *